İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Suriyanın cənub-qərbində əldə edilən qismi atəşkəs haqqında İranın mövqeyini bildirib
O, qeyd edib ki, atəşkəsin uğurlu olması üçün bu, genişləndirilməlidir
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ, Rusiya və İordaniya iyulun 7-də atəşkəsi və Suriyanın cənub-qərbindən de-eskalasiya anlaşmasını bəyan ediblər.
“Əgər Astana danışıqlarında müzakirə etdiyimiz bütün ərazilərdə gərginliyin azaldılması da daxil bütün Suriyanı əhatə etsə, anlaşma o zaman məhsuldar ola bilər”, – xarici işlər naziri Bəhram Qasemi bəyan edib.
Astana danışıqlarında Rusiya, Türkiyə və İran Suriyada dörd de-eskalasiya zonası yaratmaq barədə anlaşmanı müzakirə ediblər, lakin razılaşma əldə edə bilməyiblər.
“İran Suriyanın suverenliyinin qorunub saxlanması və təhlükəsizliyini istəyir, ona görə də atəşkəs müəyyən əraziyə şamil edilə bilməz. Reallıqları nəzərə almayan heç bir anlaşma uğurlu ola bilməz”, – Qasemi bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...