Rusiyanın Norilsk bölgəsində “Nornikel” şirkətinə məxsus “Zapolyar” mədənində metanın partlaması nəticəsində 3 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb
“Report” TASS0a istinadən xəbər verir ki, bu barədə Krasnoyarsk diyarı Baş İstintaq İdarəsinin mətbuat xidməti bildirib.
Hadisə iyulun 7-də səhər saatlarında baş verib.
Məlumata görə, 5 mədənçi itkin düşüb, 135 nəfər isə şaxtadan təxliyyə edilib.
Partlayış 490 metr dərinlikdə olub.
Qəzanın baş vermə səbəbi araşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...