“Fırat kalkanı” (“Fərat qalxanı”) hərəkatı çərçivəsində aralarında rəhbər şəxslər olmaqla terrorçu İŞİD qruplaşmasının 3 mindən artıq silahlısı zərərsizləşdirilib
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da İndoneziya Prezidenti Joko Vidodo ilə görüşdən sonra terrorçuluğa qarşı mübarizədən danışarkən bildirib:
“Terrorçular arasında ayrı-seçkilik etmədən bölgəmizdə terroru məhv etmək istəyirik. Bu istiqamətdə çoxtərəfli mübarizə aparırıq. Bu günə qədər aralarında cənubi asiyalıların da olduğu 5 min nəfər deportasiya etmişik. 53 min nəfərin ölkəmizə girişinə qadağa qoymuşuq. Yüz min suriyalı qardaşımızın öz evlərinə dönməsinə yardım etdik. Bundan sonra da yabançı terrorçulara qarşı mübarizəmizi israrla davam etdirəcəyik”.
MilliYol.Az
Digər xəbərlər
loading...