• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Yaxın Şərqin ən güclü lideri olmaq istəyən 31 yaşlı qorxulu və çılğın siyasətçi taxt-taca necə varis oldu?

15:23 22.06.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Səudiyyədə “dövlət çevrilişi”

Səudiyyə krallığında faktiki olaraq dövlət çevrilişi baş verdi. 81 yaşlı kral Salman bin Əbdüləziz dünən Məhəmməd bin Naifi varislikdən çıxararaq onun yerinə 31 yaşlı oğlu Məhəmmədi təyin etdi. Buna qədər Məhəmməd bin Salman ölkənin müdafiə naziri postunu tuturdu. Naif isə uzun illər krallığın təhlükəsizlik strukturlarına rəhbərlik etmişdi, həmçinin ölkənin daxili işlər naziri idi.

Son qərarı ilə kral onu nazir postundan da məhrum etdi. Məhəmməd bin Naif 2000-ci illərin əvvəllərində "Əl-Qaidə" strukturlarının dağıdılmasında böyük rol oynayıb. 2009-cu ildə onun qəbuluna gələn "Əl-Qaidə"çi kamikadzenin özünü partlatması ilə ağır yaralanmışdı. Onun varislikdən çıxarılması krallıqda yaranmış "xüsusi vəziyyətlə" izah olundu, detallar ictimaiyyətə açıqlanmadı.


Bioqrafiya

Məhəmməd bin Salman

Taxt-tacın yeni varisi Məhəmməd bin Salman 1985-ci ilin 31 avqustunda anadan olub. O, kral Salman bin Əbdüləzizin üçüncü arvadından olan oğludur. Cəmi bir dəfə evlənən şahzadənin iki qız övladı var. 

Hələ 12 yaşındaykən Məhəmməd bin Salman hökumətin iclaslarında iştirak edirdi. 17 il sonra Salman müdafiə naziri təyin olundu. Və ölkəsini sonu görünməyən Yəmən savaşına sürüklədi. Bu kimi qərarlarına görə Salmanı dünyanın ən təhlükəli siyasətçilərindən hesab edənlər var.

Gənc şahzadə Qərb birjalarında səhm ticarəti aparırdı. Və deyilənlərə görə, bu illər ərzində özünə çox böyük sərvət toplaya bilib.

Ögey qardaşlarından fərqli olaraq Məhəmməd təhsil üçün Qərbə üz tutmadı. Və Ər-Riyaddakı universitetdə oxumağa üstünlük verdi. Tələbə yoldaşları və müəllimləri onu içki içməyən, bütün vaxtını işlərinə həsr edən ciddi insan kimi xatırlayır.  

Müdafiə naziri təyin olunandan sonra Məhəmməd milli energetika şirkəti olan "Armaco"ya nəzarəti tam ələ keçirdi. Bürokratik sistemin altını üstünə çevirən şahzadə tənbəl məmurların kabusuna çevrilmişdi. Artıq nazirlikdə hamı işə səhər tezdən gəlir, qaydalara əməl etməyənlər cəzalandırılırdı. 

Yuxulu Ər-Riyad enerji dolu şəhərə çevrilmişdi. Gənclər şahzadəyə qibtə edirdilər. Ümumiyyətlə gənclər arasında onun nüfuzu çox böyükdür. Statistikaya görə, ölkə əhalisinin 70 faizi Məhəmməd bin Salmanın qərarlarını dəstəkləməyə hazırdır. O cümlədən də savaş qərarını.

Gənc, ambisiyalı şahzadə Yəmən savaşı ilə özünü bir növ təsdiqləməyə çalışırdı. Səudiyyəli hərbçilər ən müasir silahlarla təmin olunmuşdu. Yəmən savaşına milyardlar xərclənirdi. Şahzadə necə səxavətli olduğunu təkcə rəqiblərinə yox, müttəfiqlərinə də nümayiş etdirmək istəyirdi. 

Hədəfdə tezliklə qələbə qazanmaq vardı. Bu, Məhəmmədə hərbi lider statusu qazandıracaq, adının babası İbn Səudla – qüdrətli savaşçı kralla bir sırada çəkilməsini təmin edəcəkdi. 

Yəmən savaşı gözlənildiyindən uzun çəkdi və Səudiyyə xaricdən muzdlu döyüşçülər cəlb etmək məcburiyyətində qaldı. Lakin şahzadə yeni geri çəkilmədi və 34 müsəlman dövlətinin iştirakı ilə terrorizmə qarşı mübarizə şurasının yaradıldığını elan etdi.

Şahzadə Məhəmməd son iki ildə krallığın xarici siyasətində baş verən bütün fundamental dəyişikliklərin müəllifidir. Onun müdafiə naziri postuna gəlişindən sonra xarici siyasətdə radikal və aqressiv xətt hakim oldu.

Bir müddət əvvəl yaranmış Qətər böhranı da onun adı ilə bağlıdır. Şahzadə Qətərlə təcrid siyasətinin və bu ölkə ilə münasibətləri dayandırmaq ideyasının təşəbbüskarıdır.

Yeni varislə Trampın görüşü

O, həmçinin ABŞ prezidenti Donald Trampın Səudiyyəyə səfərinin də əsas təşkilatçısı oldu. Səfərlə bağlı bütün hazırlıq işlərinə birbaşa özü nəzarət edirdi.

Yeni varis elan olunan kimi hərbçilərə və dövlət qulluğunda çalışanlara bonus və əlavə ödənişlər edilməsi kimi, imtiyazların bərpası haqda sərəncam verildi. Bu imtiyazlar krallıqdakı mürəkkəb iqtisadi vəziyyətlə bağlı ləğv olunmuşdu. 

Məhəmməd bin Salman eyni zamanda İqtisadi Şuranın da rəhbəridir. Ötən il o, iqtisadi islahatlarla bağlı – krallığın neft gəlirlərindən asılılığını aradan qaldırmağa hesablanan iddialı konsepsiya irəli sürdü. 

Bu konsepsiyanın reallaşması ölkə vətəndaşlarının artıq 2020-ci ildən neftsiz yaşamasına imkan verəcək. Beynəlxalq Valyuta Fondu konsepsiyanı iddialı adlandırsa da, onun reallaşmasının çətin olacağını bildirdi.

Krallıq İranla gərginliyi hələ də davam etdirir. Ötən ay şahzadə Məhəmməd Səudiyyənin İranla hər hansı dialoq qura biləcəyini istisna etdi. Bu ölkələr iki ayrı münaqişədə (Suriya, Yəmən) də qarşı cəbhədə yer alırlar. 

Səudiyyə hökuməti tanınmış şiə alimi Nimr ən-Nimri edam edəndən sonra iki ölkə arasında gərginlik bir qədər də artdı.

Bu arada, İran KİV-ləri Məhəmmədin varis təyin edilməsini "yumşaq çevriliş" kimi qiymətləndirib.

Köhnə varis Qətərin güdazına getdi?

Gənc şahzadə əzmlə Yaxın Şərqin ən güclü lideri olmaq uğrunda savaş aparır. Ekspertlər deyir ki, o, həqiqətən babasının yolunu getməyə qərarlıdırsa, dünyanı yaxşı heç nə gözləməyəcək. Və sünni Səudiyyənin şiə İrana qarşı hərbi konfrontasiyası onsuz da məzhəb ədavətinin  getdiyi regionda növbəti münaqişəyə səbəb olacaq.  

Ərəbşünas ekspert Leonid İsayev varis dəyişikliyinin səbəbi ilə bağlı maraqlı ehtimallar irəli sürüb. Onun qənaətinə  görə, məlum qərar həm də Qətər amili ilə bağlıdır: "Məhəmməd bin Naif kökləri Qətərin ət-Tani ailəsinə gedən klanın üzvü idi. Onun ətrafı Qətərlə yaxın münasibətlərdə idi və hətta bəziləri Qətərin lobbiçiləri kimi tanınırdı. Səudiyyə-Qətər böhranı yarananda belə məlum oldu ki, ölkənin daxili işlər naziri, həmçinin antiterror faəliyyətinə məsul olan şəxs "Körfəzdə terrorizmin əsas sponsoru" ilə yaxın münasibətlərdədir. Məhz buna görə də böyük təzyiqə məruz qaldı və hakimiyyətdən kənarlaşdırıldı. Yeni varis Məhəmməd bin Salman eyni zamanda krallıqda baş nazirin birinci müavini postuna da təyin olunub. Və bununla da faktiki olaraq Səudiyyə Ərəbistanının rəhbərinə çevrilib".

Ekspert Məhəmməd bin Salmanın krallığa sabitlik gətirəcəyinə inanmır: "O, hələ çox gəncdir və təcrübəsizdir. Ambisiyalı və emosionaldır. Onunla danışıq aparmaq çətindir. Onda praqmatizm çatışmır. Götürək elə "Yəmən dosyesi"ni. Üç onillik boyu bu dosye ehtiyatlılığı və praqmatizmi ilə tanınan köhnə Səudiyyə qvardiyasının əlində idi. Onlar vəziyyəti peşəkarcasına idarə edirdilər. Elə ki məsələyə nəzarət Məhəmməd bin Salmanın əlinə keçdi, hər şey üzüaşağı getdi. Suriya və Yəməndəki məğlubiyyət, Səudiyyə bloku daxilində böhran və ucuz neft qiymətləri fonunda yerli əhali Məhəmməd bin Salman kimi avantürist kralın – "səudiyyəli Trampın" onlara rəhbərlik etməsinə icazə verməməlidilər. Artıq bir çox ərəblər onu krallığın Trampı adlandırır. Avantürist gənc kralla danışıq aparmaq çətin olacaq. O çox ambisiyalıdır və nəsə ürəyincə olmayanda çox rahatlıqla kəskin addımlar ata bilən adamdır".

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az