• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 15 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsinin aşağı həddini 10%-ə endirib

10:12 22.06.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


İyunun 21-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iclası keçirilib

AMB-dən verilən məlumata görə, iclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.
 
Bu qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi şərtlər nəzərə alınıb:
 
İqtisadi aktivlik. 2017-ci ilin ötən dövründə qeyri-neft sektorunda iqtisadi artımın bərpası prosesi başlayıb, son 5 ayda sektorda 2,3%, ticari sektorda 3,2%, qeyri-neft sənayesində isə 3,9% artım baş verib. Qeyri-neft sektorunda iqtisadi artımın əsas amilləri son istehlak xərcləri, dövlət tələbi və xalis xarici tələbin yüksəlməsi olub.
 
Cari ildən iqtisadi artımın daha da yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərdə tutulan struktur islahatların sürətlənməsindən, xalis xarici tələbin genişlənməsi imkanlarından, investisiya aktivliyinin, o cümlədən maliyyə vasitəçiliyinin bərpasından asılı olacaq.
 
Xarici balans və məzənnə. Cari ilin I rübündə tədiyə balansında müsbət dəyişikliklər baş verib, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəsir (-2,5 mlrd. dollar) profisitlə (0,7 mlrd. dollar) əvəz olunub. Son 5 ayda xarici ticarət balansının profisiti ötən dövrlə müqayisədə 2 dəfə yüksəlib. Bu dövrdə həm neft, həm də qeyri-neft ixracı artıb, qeyri-neft idxalı isə azalıb.

Üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.
 
Monetar şərait. Pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib. İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (1 günlük, 7 günlük, 14 günlük, 28 günlük) pul siyasəti alətlərini aktiv saxlayıb.
 
Bu dövrdə maliyyə bazarlarında pulun dəyəri başlıca olaraq Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşıb.
 
Bütövlükdə həyata keçirilən monetar siyasət iqtisadiyyatda likvidliyin idarə olunmasını və ödəniş sisteminin stabil fəaliyyətini təmin edib.
 
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, orta illik inflyasiya 13,8% təşkil edir. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir.
 
Mərkəzi Bankın dövri olaraq biznes sektoru və ev təsərrüfatları arasında həyata keçirdiyi sorğular göstərir ki, manatın məzənnəsinin sabitləşdiyi və pul kütləsinin həcminin neytrallaşdığı şəraitdə inflyasiya gözləntiləri bir qədər azalsa da, əhəmiyyətli olaraq qalır.
 
AMB-nin İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılıb və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır.
 
Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.
 
Mərkəzi Bankın inflyasiyanın hədəflənməsi rejiminə nəzərdə tutulan keçidi, maliyyə sabitliyinin dərinləşdirilməsi istiqamətində gözlənilən nəticələr, yeni fiskal qaydaların qəbulu və tətbiqi, bütövlükdə makroiqtisadi siyasətin koordinasiyası çərçivəsinin institutlaşması ortamüddətli inflyasiya risklərini daha da effektiv idarəetməyə imkan verəcək.
 
AMB-nin İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az