RF prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna verdiyi müsahibəsində valideynləri haqda da danışıb: “Mən onların gec doğulan uşaqları oldum. Buna qədər valideynlərim iki uşaqlarını itirmişdilər. Onlardan biri Leninqradın blokdası zamanı həlak olmuşdu”
Müsahibə boyu Boris Yeltsin ilə birgə iş barədə də sual olub. Putin etiraf edib ki, sabiq prezident ona baş nazir olmağı təklif etsə də, o, bu təklifdən imtina edib. Qəbul edilən qərar mürəkkəb olsa da, onu maraqlandıran ilk şeyin uşaqlarının təhlükəsizliyi olduğunu bildirib.
“Məni tutduğum vəzifədən azad etsəydilər, nə olacağını düşünə bilirsiniz? Mühafizə yox, heç nə yox, necə yaşayım, ailəmin təhlükəsizliyini necə təmin edərdim?”, - Putin deyib.
Xatırladaq ki, Putin amerikalı rejissor Oliver Stouna müsahibə verib. Çəkilişlər bəzən bir neçə saat çəkib. Nəticədə dörd seriyalı sənədli film meydana çıxıb. Filmin premyerası ABŞ-da bu gün baş tutacaq.(oxu.az)
MilliYol.Az
Digər xəbərlər
loading...