Türkiyə Ramazan ayının ilk günündə yenə terrorun qurbanı olub. MilliYol.Az xəbər verir ki, bu səhər İstanbulda növbəti terror aktı baş verib.
Partlayış Bakı vaxtilə saat 09.40-da İstanbulun mərkəzində Beyazıt rayonunun Vezneciler dayanacağının yaxınlığında xüsusi təyinatlı polis maşınının keçdiyi zaman baş verib. Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib. İlkin məlumatlara görə, kənarda saxlanılan minalanmış maşın partlayıb.
Türkiyə mediasının məlumatına görə, partlayış nəticəsində 11 nəfər həlak olub. Onlardan 7-si polis əməkdaşlarıdır. Daha 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.
.jpg)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...