Əfqan Sadıqov həbs edildi

Netanyahu BMT-də Azərbaycanla əməkdaşlıqdan danışdı


“İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirir”

AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.

“Biz Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”,- deyə Netanyahu vurğulayıb. 

Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini vurğulayıb: “Biz İordaniya və Misirlə sülhü əldə etdik. Dünən burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram”. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Netanyahu BMT-də Azərbaycanla əməkdaşlıqdan danışdı - Milliyol.az