Nazir polis rəisini işdən çıxardı

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

MilliYol.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli vəzifəsindən azad olunub.

Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Nazir polis rəisini işdən çıxardı - Milliyol.az