Naxçıvanın keçmiş daxili işlər nazirinin həbsi barədə xəbər təsdiqini tapmır


Azərbaycanın bəzi kütləvi informasiya vasitələri Naxçıvanda muxtar respublikanın DİN-in keçmiş rəhbəri Əhməd Əhmədovun həbs edilməsi barədə xəbər veriblər

Virtualaz.org-a Naxçıvan DİN-dəki mənbələrin bildirdiyinə görə, həmin məlumat həqiqətə uyğun deyil.

Əhməd Əhmədov DİN başçısı vəzifəsindən azad edilib və hazırda Naxçıvanda yaşayır.

General Əhməd Əhmədov son 17 il ərzində muxtar respublikanın DİN-nə rəhbərlik edib. Rəsmi məlumata görə, o, iyulun sonunda NMR Ali Sovetinin sədri Vasif Talıbovun sərəncamı ilə istefaya göndərilmişdi.

MilliYol.Az

Naxçıvanın keçmiş daxili işlər nazirinin həbsi barədə xəbər təsdiqini tapmır - Milliyol.az