Naxçıvan Baş nazirinə yeni müavin təyin olundu

Naxçıvan Muxtar Respublikası Baş nazirinə yeni müavin təyin olunub.

MilliYol.az xəbər verir ki, bu barədə qərar muxtar respublikanın Ali Məclisinin avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

Toplantıda Bəxtiyar Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respunlikası Ali Məclisinin sədr əvəzinin fərmanı təsdiqlənib.

Naxçıvan Baş nazirinə yeni müavin təyin olundu - Milliyol.az