Əfqan Sadıqov həbs edildi

NASA Günəşə peyk göndərdi


ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “Parker Solar Probe” peykini Günəşə göndərib
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Florida ştatının “Kanaverel” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

“Parker Solar Probe”nin 7 il ərzində 24 dəfə Günəş ətrafında dövr edərək ona rekord yaxın məsafədə - 6,1 milyon kilometr yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.

Bu dövrdə xəbər yoxdur.