Əfqan Sadıqov həbs edildi

Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı rəsmi AÇIQLAMA


Bu gün bəzi saytlarda və sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun vəzifəsindən kənarlaşdırıldığı xəbəri yayılıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlanıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib ki, yayılan məlumatlar tamamilə yalan və əsassızdır:

“Bu barədə qeyri-ciddi saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır, şayiədir və heç bir əsası yoxdur”

Qurum rəsmisi bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama da yayılacaq: “Belə əsaslandırılmamış məlumatlara inanmayın. Məsələ ilə bağlı rəsmi açıqlama da yayacağıq”.

Nəcməddin Sadıkov 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.(modern.az)

"Milli Yol"

Bu dövrdə xəbər yoxdur.

Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı rəsmi AÇIQLAMA - Milliyol.az