Moldova Rusiya telekanallarını qadağan edir


Moldovada Rusiyadan xəbər, siyasi və hərbi verilişlərin yayımına qadağanı nəzərdə tutan qanun 30 gündən sonra qüvvəyə minəcək

Modern.az-ın məlumatına görə, qadağa hər şeydən əvvəl Moldova televiziya kanalları tərəfindən təkrar yayımlanan Rusiya telekanallarının proqramlarına şamil olunacaq.

Qanun pozuntusuna yol verənləri 4 min dollar, təkrar törədildikdə isə 5 min dollar cərimə gözləyir.

Qeyd edək ki, Moldova Prezidenti İqor Dodon qanunu imzalamaqdan imtina etmişdi.