Misir millisinin hər futbolçusuna 83 min dollar veriləcək


2018-ci il dünya çempionatına vəsiqə qazanan Misir yığmasının futbolçularının hər biri 83 min dollar mükafat alacaq

Komandanın baş məşqçisi Ektor Kuperə 500 min dollar mükafat ödəniləcək. Afrika zonasında E qrupunda çıxış edən Misir yığması evdə Konqo üzərində 2:1 hesablı qələbə sayəsində tarixində 3-cü dəfə mundiala vəsiqə qazanıb.

Sona bir tur qalmış xallarını 12-yə çatdıran misirlilər ən yaxın izləyici Uqandadan 4 xal aralanıb. (goal.az)

MilliYol.Az