Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər

Minsk qrupunun həmsədrləri Xankəndidə separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 29-da həmsədrlərin bölgəyə səfəri başlayıb. Onlar öncə Yerevanda olub, bir sıra görüş keçiriblər. Onlar oktyabrın 31-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək növbəti monitorinqdə iştirak edəcəklər. Həmsədrlər daha sonra Bakıya gələcəklər.

MilliYol.Az