Milli Məclisin növbəti plenar iclasının gündəliyində dəyişiklik olunub


Azərbaycan Milli Məclisinin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib

“Report”un xəbərinə görə, iclasın gündəliyinə daha bir məsələ – Vergi Məcəlləsində dəyişiklik layihəsi əlavə edilib.

Beləliklə, plenar iclasda baxılacaq məsələlərin sayı 39-a çatıb.

Bunlar “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsi”, “Meliorasiya və irriqasiya haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, ” Toxumçuluq haqqında”, “Yol hərəkəti haqqında”, İstehsalat və məişət tullantıları haqqında, “Polis haqqında”, “Prokurorluq haqqında” “ Avtomobul yolları haqqında” və s. qanunlara, o cümlədən Seçki və Mülki məcəllələrinə edilən dəyişiklik layihələridir.
Qanun layihələrinin əksəriyyəti İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılır.

Bundan başqa, “Hesablama Palatası haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanun layihələri də müzakirəyə çıxarılacaq.