Əfqan Sadıqov həbs edildi

Millət vəkili: “AŞPA-da vəziyyət ürəkaçan deyil”


“Son hadisələr Avropa Şurası Parlament Assambleyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi və yeni seçiləcək prezidentin üzərinə böyük vəzifə düşür”

Report-un xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümyəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın plenar iclasında çıxış edib.

S.Seyidov bildirib ki, Azərbaycan müsəlman dövləti olaraq insan hüquqları sahəsində böyük nəaliyyətlər əldə edib. O deyib ki, bəzi müsəlman dövlətlərində baş verən mənfi əməllər bütün müsəlman ölkələrinə şamil edilməməlidir.

Azərbaycanın AŞPA-dakı nümyəndə heyətinin rəhbəri qeyd edib ki, son hadisələrlə bağlı Avropa Şurası dövlətləri daxilində fikir ayrılıqları güclənib və bu mənfi təmayül davam etməkdədir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Millət vəkili: “AŞPA-da vəziyyət ürəkaçan deyil” - Milliyol.az