Mikael Melkumyan: Ermənistanda yoxsulluq səviyyəsi 30 faizdən aşağı düşmür


Ermənistanda işsizlik və miqrasiya üzrə Gürcüstan və Avrasiya İttifaqı ölkələri ilə müqayisədə ən xoşagəlməz göstəricilər mövcuddur

Trend-in məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib.

M.Melkumyan qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.

Vitse-spiker onu da vurğulayıb ki, bu məsələnin həll olunmasında problemlər mövcuddur və ölkədəki hazırkı sosial-iqtisadi vəziyyət Ermənistanda mənfi nəticələrə gətirib çıxara bilər.
Mikael Melkumyan: Ermənistanda yoxsulluq səviyyəsi 30 faizdən aşağı düşmür - Milliyol.az