Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə yeni üzvlər təyin edilib.

MilliYol.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarov AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər.

 

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edildi - Milliyol.az