Əfqan Sadıqov həbs edildi

Meksika Trampa rədd cavabı verdi


Meksika hökuməti ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək

TASS xəbər verir ki, bu barədə Meksika XİN-in bəyanatında bildirilir.

“Meksikanın mövqeyi dəyişməz olaraq qalır. Meksika hökuməti heç bir zaman ABŞ-la sərhəddə çəkilən divar və yaxud hər hansı səddin tikinti xərclərini ödəməyəcək. Bu qəti mövqe ölkəmizin suverenlik və milli ləyaqət prinsipinə cavab verir”, - bəyanatda vurğulanıb.

Ötən gün ABŞ prezidenti Donald Tramp Meksikada cinayətkarlıq səviyyəsinin yüksək olduğunu, bu ölkə ilə sərhəddə divarın çəkilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən il D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini qeyd etmişdi. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi.(virtaulaz.org)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Meksika Trampa rədd cavabı verdi - Milliyol.az