Mehriban Əliyeva Xalq artistinə ev hədiyyə etdi

Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib.

MilliYol.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xalq artistinə ev hədiyyə olunub.

Könül Xasıyeva xəbəri təsdiq edərək, çox sevindiyini qeyd edib: “Birinci xanım Mehriban Əliyevaya çox təşəkkür edirəm. Çox sevincliyəm, danışa bilmirəm…”.

MilliYol.Az
Mehriban Əliyeva Xalq artistinə ev hədiyyə etdi - Milliyol.az