Əfqan Sadıqov həbs edildi

MDB PA-nın müşahidə missiyası da Bakıya gəldi


MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib

Virtualaz.org-un məlumatına görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.

Beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

MDB PA-nın müşahidə missiyası da Bakıya gəldi - Milliyol.az