Liviyanın Benqazi şəhərində güclü partlayış baş verib
Trend-in məlumatına görə, partlayış məscidin yaxınlığında qeydə alınıb.
Son məlumata görə, partlayış nəticəsində 8 nəfər həlak olub. Yaralılar barədə hələ məlumat verilməyib.
Yerli sakinlərin danışdıqlarından məlum olub ki, partlayış şəhərin Macuri rayonunda yerləşən Əbu Xurayr məscidinə partlayıcı qurğu yerləşdirilmiş çantanın qoyulması ilə baş verib.


































