Bakıda 2 min mənzil tikilir: güzəştli şərtlərlə

Dövlət başçısının tapşırığına əsasən, ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə həyata keçirilən ilk layihənin icrası istiqamətində işlər davam etdirilir. İlkin olaraq Yasamal rayonu ərazisində salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
Ətraflı

Hansı deputatlar qurban kəsdirib? - SORĞU

Bu gün islam aləminin ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı qeyd olunur. Bu bayram bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvanlar isə əsasən kasıblara, ehtiyacı olan insanlara paylanılır. Bayramı demək olar hər kəs sevinclə qarşılayır və imkanı çatdığı sayda qurban kəsdirir
Ətraflı

Tələbə krediti ala bilməyən aztəminatlı ailə nə etməlidir? - Ekspert rəyi

Bu dərs ili ödənişli əsaslarla təhsil alan tələbələr üçün o qədər də asan olmayacaq. Xüsusən də, bu il tələbə adını qazanıb dövlət sifarişi olmayan yerlərə qəbul olunanlar üçün. Belə ki, əvvəllər aztəminatlı ailələr övladlarının təhsilini davam etdirməsi üçün banklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edə bilirdilərsə, artıq bəzi banklar, məsələn, “Bank of Baku”, “AGBank”, “Turanbank”da tələbə kreditlərinin verilməsi dayandırılıb.
Ətraflı