2016-cı il ərzində Azərbaycan Respublikasının rayon (şəhər) qeydiyyat şöbələri və nikah evlərində ölkə vətəndaşları ilə əcnəbilər arasında 2042 nikah qeydə alınıb.
Ətraflı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Bakının Regional İnkişaf Planı (282,322 ha), bu layihə çərçivəsində Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı (33,333 ha) və nəhayət, Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan (247641 ha) layihəsinin işlənilməsi başa çatdırılıb.
Ətraflı
Vətəndaş Rəcəbova Esmira Yadulla qızı kadr üzrə ekspert vəzifəsində çalışdığı “Real 3” müəssisəsinin direktoru Murad Məmmədovun şəxsi görüş təkliflərinə razılıq vermədiyi üçün işdən azad olunduğunu iddia edir. O pozulmuş hüqunun bərpasını tələb edir. Bu barədə “Bizim Yol”a E.Rəcəbovanın özü bildirib.
Ətraflı
ADA Universiteti ödənişli ali məktəbdir. Buna baxmayaraq, bizə gələn qaçqın tələbələrin sayı çoxdur və onlar təhsil haqqından - ödənişdən azad olunurlar. Ancaq mən düşünürəm ki, biz gərək bu məsələyə qayıdaq, rektorlarla birgə bunu müzakirə edək.
Ətraflı
Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar prezident İlham Əliyevin sərəncamına əsasən yaradılan işçi qrupunun dekabrın 16-da ilk iclası keçirilib.
Ətraflı
"Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ölkəmiz üçün ən vacib və aktual məsələdir. Beynəlxalq mənbələrdə göstərilən məlumatlara əsasən, 2005-ci ildən saxta və keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsində 400% artım olub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir".
Ətraflı
Azərbaycanda sosial müavinətlərin artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.
Ətraflı
Gələn il yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək.
Ətraflı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5 və 6-da respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ətraflı