“Mən 1993-cü il tarixdə anadan olmuşam. 25 yaşım var. Gəncə Lokomotiv Deposunda maşinist köməkçisi vəzifəsində işləyirdim. İşlədiyim müddət ərzində heç bir nöqsana yol verməsəm də, rəis İslam Əsgərov məni işdən çıxartdı. Səbəb kimi isə subay olduğumu göstərdi; guya, yuxarıdan belə bir əmir gəlibmiş. Ancaq əslində səbəb mənim ezamiyyət, məzuniyyət və yatmamağa görə pulumu istəməyimdir” Ətraflı
"Azərbaycan prezidenti İlham Əliyevin 20 fevral 2018-ci il tarixli fərman və sərəncamları Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan insanların, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsinə imkan verir" Ətraflı
"Azərbaycan prezidenti İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlər özəl sektorun milli iqtisadiyyatda rolunun artmasına səbəb olmaqla, sahibkarlığın sosial sığorta sistemində iştirak səviyyəsinin də yüksəlməsinə imkan verib" Ətraflı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycandakı dərmanların keyfiyyətsizliyi üzündən bir çox hallarda xəstələrin müalicəsinin effektiv olmaması ilə bağlı məlumatlara münasibət bildirib Ətraflı
"Azərbaycanda dərman vasitələrindən 2016-ci ildə 732 nəfər, 2017-ci ildə isə 714 nəfər zəhərlənib. Bu da onu deməyə əsas verir ki, ölkədə dərman vasitələrindən zəhərlənmələrinin sayı azalıb" Ətraflı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib Ətraflı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb Ətraflı
Xəbər verdiyimiz kimi, Masallı rayon sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 57 yaşlı Natiq Əliyevin idarə etdiyi "Toyota" markalı avtokran toqquşub
Ətraflı