Əli Əhmədov : “Bəzi məmurlar vətəndaş cəmiyyəti ilə əməkdaşlığı qəbul etmirlər”

“Vətəndaş cəmiyyətinin fəaliyyətində müəyyən problemlər var. Bunu etiraf edirəm. Bu, maliyyələşmə ilə bağlıdır. Bəzi məmurlar vətəndaş cəmiyyəti ilə əməkdaşlığı qəbul etmirlər. Mən onun tərəfindəyəm ki, vətəndaş cəmiyyəti institutları daha kamil proqramlar təqdim etməlidirlər. Belə olmayan halda vətəndaş cəmiyyətinin təklifi hökumət tərəfindən qəbul edilmir”
Ətraflı

Bakıda iş saatları dəyişdirildi

12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssisələrdə iş saatlarında dəyişiklik edilib
Ətraflı

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

DİM-dən APA-ya verilən xəbərə görə, abituriyentlərin çoxsaylı müraciətlərini və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alaraq 4-22 may tarixlərində bəzi kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq
Ətraflı