Hökumət problemli kreditlərlə bağlı qərar verəcək

"Məlumdur ki, hazırda bank sistemində ciddi dəyişikliklərə ehtiyac var. Faktlar göstərir ki, problemli aktivlərin taleyi həll olunmalıdır. Bank sistemindəki əskikliklərin bu fərmanın icrası ilə yaxın vaxt ərzində həll olacağına ümid edirəm. Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlə daim məşğuldur və mütəmadi olaraq diaqnostik yoxlamalar aparır".
Ətraflı

Əli Əhmədov: “Azərbaycanın əmək bazarı xarici iş adamları üçün cəlbedicidir”

"Ümumi dəyərləndirmə aparmalı olsaq, Azərbaycan iqtisadi resurslar baxımından kifayət qədər zəngin ölkələr sırasına daxil edilə bilər. Cəmiyyətin demoqrafik vəziyyəti əmək bazarını yetərincə iş qüvvəsi ilə təmin edir. Ölkənin zəngin təbiəti, böyük təbii ehtiyatları, coğrafi mövqeyi və digər üstünlükləri onun iqtisadi inkişaf imkanları və ehtiyatlarının əhəmiyyətli qismini təşkil edir. Lakin sadalananlar görünən və islahat nəticəsində aşkar edilərək hərəkətə gətirilməli olan ehtiyatların heç də hamısı deyil. Bu gün iqtisadi dövriyyəyə cəlb edilməmiş xeyli ehtiyat mövcuddur ki, onlardan səmərəli istifadə edilməsi gələcək illərdə yüksək və davamlı iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynamaq imkanlarına malikdir"
Ətraflı