Son bir neçə gündə Azərbaycanda siqaret satışında bir sıra problemlər yaranıb. Kiçik mağaza və köşklərin əksəriyyətində siqaret tapılmır, olanlarda isə qiymət bahadır. Siqaret satışı yalnız iri supermarketlərdə həyata keçirilir. Yaranmış problemlə bağlı virtualaz.org-un redaksiyasına son bir neçə gün ərzində xeyli şikayət daxil olub. Şikayətçilər bildirirlər ki, mağazalarda siqaretin tapılmaması bir yana, həmişə eyni qiymətə aldıqları tütün məhsulları müxtəlif mağazalarda fərqli qiymətlərə satılır.
Ətraflı
Məlumdur ki, bu ilin yanvarın 13-də “Premium Euro-95” markalı benzinin qiyməti bahalaşıb. Bu zaman mətbuat SOCAR-dakı mənbələrə istinadən yazmışdı ki, idxal olunan “Premium Euro-95” , “Super Euro-98” markalı benzinlərin qiyməti bundan sonra dolların məzənnəsinə görə dəyişəcək. Yanvarın 13-də dolların rəsmi kursu 1,7867 səviyyəsində idi və benzinin qiyməti bahalaşaraq 1.05 manat olmuşdu Ətraflı
Bu gün Azərbaycanın bir çox banklarında dolların satış və alış məzənnəsinin daha da enməsi müşahidə olunur. Səhər saatlarında 1 dolların ən aşağı alış məzənnəsi 1,58 manat, satışı isə 1,73 manatdan başlayır Ətraflı
“Hər dəfə Kapital Bankın bankomatından 2 manat çıxaranda 1 manat çıxılır”. MilliYol.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə bankın müştəriləri şikayətlənib.
Ətraflı
“Kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdirib. Bir sıra banklarda dollar 1.68 kursu ilə alınır, 1.85 məzənnəsi ilə satılır. Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır”.
Ətraflı
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsinin bir qədər də azalacağı gözlənilir Ətraflı
Manatın möhkəmlənməsi dollar təklifini kəskin artırıb. Fins.az xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, manatın möhkəmlənməsini növbəti həftələrdə də gözləmək olar:
Ətraflı
Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarına dəyişiklik edib Ətraflı