Neft ixracatçıları ölkələri təşkilatı (OPEC) 2017-ci ildə təşkilata üzv olmayan dövlətlərin neft hasilatını artıracağını proqnozlaşdırır. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, OPEC-in bu proqnozu təşkilata üzv olmayan ölkələrdə yeni yataqların kəşfi və ABŞ-da şist neft hasilatçılarının aşağı qiymət həddinə dayanıqlılıq göstərərək hasilata davam etməsi amilinə əsaslanır.
Ətraflı
2016-cı ilin I yarısında xarici ölkə vətəndaşları Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər. Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının tədiyyə balansına istinadən məlumat verir.
Ətraflı
Bütün dünya ölkələrini əhatə edən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan nə etməli idi? Azərbaycan neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir dönəmdə öz iqtisadiyyatını yenidən qurmaq yolunu seçib, bu dəfə onun neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmaq və tam şaxələndirmək yolunu tutdu. Ətraflı
Azərbaycanda dollar satışı ilə bağlı yeni qərar qəbul olunub. Qaynarinfo.Az-ın verdiyi məlumata görə, xarici valyutanın satışına qoyulmuş limit qaldırılıb.
Ətraflı
Son günlər ictimai nəqliyyatda gediş haqqlarının artacağı ilə bağlı müxləlif xəbərlər yayılır. İddialara görə, sentyabr ayının 15-dən etibarən metro və avtobuslarda gediş haqqı 0.40 manat olacaq.
Ətraflı
"Azərbaycanda əmanətlərin 80%-i dollarladır, amma sığortalanan valyutalar manatla qayatılır. Əhali ona qaytarılan vəsaiti banklara gedərək dərhal dollara çevirir". Qaynarinfo.Az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev "İqtisadi Forum" adlı verilişdə bildirib.
Ətraflı
Ölkə banklarının bir neçəsi dollar satışını həyata keçirdiyindən qıtlıq “qara bazar”da aktivliyə səbəb olub. Dünən günortadan sonra “qara bazar”da dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər hazırda da qalmaqdadır.
Ətraflı
"Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, son müraciətlərə əsasən bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir. Səbəb məlumdur: manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir".
Ətraflı
Bu gün Azərbaycanda qiyməti artırılan siqaretlərdən bəzilərinin qiyməti yenidən endirilib. "Report" qiyməti endirilən siqaretlərin siyahısını təqdim edir:
Ətraflı
Artıq iki həftəyə yaxındır ki, ölkədə manatın ucuzlaşması panikaya səbəb olub. İstər bankların dollar satışının dayandırması, istər “qara bazar”ın formalaşması fonunda Mərkəzi Bank susmağa davam edir.
Ətraflı
Azərbaycanda siqaret qiyiətləri növbəti dəfə artıb. Paytaxtın əksər marketlərində siqaretlər bir gün əvvələ nisbətən 30-35 faiz artıq qiymətə satılır.
Ətraflı