"Bank of Amerika”nın analitikləri bildiriblər ki, manat bu il dollara qarşı güclənə bilər. Analitiklərin tədqiqatlarına əsasən, manatla bərabər Qazaxıstan təngəsi də bu il möhkəmlənə bilər. Bu, neftin bahalaşması fonunda daha real görsənir. Açıqlamada bildirilir ki, Qazaxıstan təngəsi və Azərbaycan manatının rubla qarşı bahalaşması da kifayət qədər dəyərləndirilməyib: "2017-ci ildə hər iki valyutanın minimum 10-15 faiz bahalaşma potensialı var. Bu ilin sonunda dollar Qazaxıstan təngəsi nisbəti hədəfinin 300 olacağı gözlənilir”.
Ətraflı
Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 514 min nəfər olub ki, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Ətraflı
Bu gün fevralın 14-də Mərkəzi Bank dolların məzənnəsini stabil saxlamasına baxmayaraq banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur.
Ətraflı
Son bir neçə gündə Azərbaycanda siqaret satışında bir sıra problemlər yaranıb. Kiçik mağaza və köşklərin əksəriyyətində siqaret tapılmır, olanlarda isə qiymət bahadır. Siqaret satışı yalnız iri supermarketlərdə həyata keçirilir. Yaranmış problemlə bağlı virtualaz.org-un redaksiyasına son bir neçə gün ərzində xeyli şikayət daxil olub. Şikayətçilər bildirirlər ki, mağazalarda siqaretin tapılmaması bir yana, həmişə eyni qiymətə aldıqları tütün məhsulları müxtəlif mağazalarda fərqli qiymətlərə satılır.
Ətraflı
Məlumdur ki, bu ilin yanvarın 13-də “Premium Euro-95” markalı benzinin qiyməti bahalaşıb. Bu zaman mətbuat SOCAR-dakı mənbələrə istinadən yazmışdı ki, idxal olunan “Premium Euro-95” , “Super Euro-98” markalı benzinlərin qiyməti bundan sonra dolların məzənnəsinə görə dəyişəcək. Yanvarın 13-də dolların rəsmi kursu 1,7867 səviyyəsində idi və benzinin qiyməti bahalaşaraq 1.05 manat olmuşdu Ətraflı
Bu gün Azərbaycanın bir çox banklarında dolların satış və alış məzənnəsinin daha da enməsi müşahidə olunur. Səhər saatlarında 1 dolların ən aşağı alış məzənnəsi 1,58 manat, satışı isə 1,73 manatdan başlayır Ətraflı