MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının üzvləri qurumun Bakıda keçirilən toplantısı çərçivəsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüblər Ətraflı
“Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar hazırlıqlar gedir”.Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib Ətraflı
"Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq" Ətraflı
“İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi qorxulu təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır. Azərbaycan həmçinin bu sahədə öz təcrübəsini ATƏT çərçivəsində bölüşə bilər”
Ətraflı
Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Ədəbiyyat xəzinəsi” adlı sərginin açılışı olub Ətraflı
Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Matarellanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb Ətraflı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb Ətraflı
İyulun 18-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisiylə bağlı yekun hesabatını açıqlayıb Ətraflı
"Mənə və məni müşayiət edən nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Eləcə də bu gün keçirdiyimiz təkbətək və geniş tərkibdə görüşlərə və orada deyilən sözlərə görə də Sizə bir daha təşəkkür edirəm. Bildiyiniz kimi, mən İtaliyanın Azərbaycana səfər edən ilk prezidentiyəm. Mən bundan çox böyük məmnunluq duyuram. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlmişəm və dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Bu dəvət və bizim münasibətlərimiz ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsidir. Bizim bu gün gündəliyimizdə olan məsələlər ikitərəfli münasibətlərimizi nəzərdə tutan bütün sahələri diqqətdə saxlayan məsələlərdir. Çünki İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir. İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır” Ətraflı
Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub Ətraflı