Çexiyanın Ermənistandakı səfirinin söylədiyi fikirlər araşdırılacaq

”Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək həqiqətən bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söylənildiyini araşdıracaq. Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-nə çağırılacaq. Əgər həqiqətən belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu, qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Əksinə bu kimi açıqlaması ilə Çexiya səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir”
Ətraflı

Vaşinqtonun meri ABŞ Konqresində Azərbaycandan danışdı

ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı və Vaşinqtonda fəaliyyət göstərən 20-dən çox qadın sahibkar və nüfuzlu təşkilat rəhbərlərinin dəstəyi ilə "Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu" mövzusunda təşkil edilmiş tədbir münasibətilə Vaşinqton şəhərinin meri Müryel Bouzer təşkilatçılara müraciət edib
Ətraflı