Aşıq Ələsərlə bağlı qalmaqal bir az da böyüdü

Xəbər verdiyimiz kimi, fevralın 4-də Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulmalaraının 30 illiyi ilə bağlı “Tural” şadlıq evində keçirilən "Yurd həsrəti" adlı anım tədbirində tədqiqatçı Sabutay Hacıyev Rusiya Dövlət Arxivinə istinad edərək, oradan sənəd əldə etdiyini və bu sənədin də tədqiqatçı, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin Aşıq Ələsgərlə bağlı arxiv sənədləri ilə üzə çıxardığı faktları təkzib etdiyini bildirmişdi
Ətraflı

“Niyə İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər demir ki, kitab yandırmaq yaxşı şey deyil?!”

"Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Rəhmətlik Əbülfəz Elçibəy – mənim ona hörmətim var – haqqında yazmışdım. Yaxşı, Elçibəy bizim haqqımızda çox gözəl sözlər deyib, 60-cı illər nəsli, konkret olaraq mənim haqqımda, bu birilərdən də söz gözləmirəm, amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?! Niyə demirlər ki, 80 yaşlı, ağır əməliyyat keçirmiş yazıçını, bu xalq üçün nə isə eləmiş bir adamı zəhərləmək yaxşı deyil? Niyə səslərini qaldırmırlar? Əgər belədirsə, nə haqla tələb edirlər ki, biz bunları dəstəkləyək, deyək ki, yox, İlham Əliyevi yox, bunları seçin?! Burada bir məntiq var?”
Ətraflı