Avqustun 10-da Moskvada Putinlə Sarkisyanın görüşü zamanı bağlı qapılar arxasında nələrin müzakirə edildiyi müəmmalı olaraq qalır. Çünki Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olduğu bir vaxtda Sarkisyanın Putinlə görüşdən sonra “Qarabağ Azərbaycanın tərkibində olmayacaq, birtərəfli güzəştlər edilməyəcək” kimi müharibə bəyanatları səsləndirdi. Heç şübhə yox ki, bu, “dördgünlük müharibə”dən sonra irəliləyən Qarabağ danışıqlarının alt-üst edildiyi anlamına gəlir.
Ətraflı
"Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verlməsi Sülh sazişində razılaşdırılacaq". Virtualaz.org Ermənistan mənbələrinə istinadən xəbər verir ki, bu barədə erməni "Ani" tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir.
Ətraflı
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib. Görüş avqustun 2-də Türkiyədə keçirilən yüksək səviyyəli İnvestorların beynəlxalq forumu çərçivəsində baş tutub.
Ətraflı
Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Ətraflı
Ermənistanda nəşr olunan “Qraparak” qəzeti Ermənistan prezidenti Serj Sarksyanın Qarabağda hərbi əməliyyatlara başlamaq niyyətini açıqladığını yazıb. Qəzetin bildirdiyinə görə, Sarksyan deyib ki, Azərbaycan Qarabağın öz müqəddəratını təyinetmə statusu ilə razı olmasa, Ermənistan müharibə etmək məcburiyyətində qalacaq". Qeyd edək ki, son günlər erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması halları da intensivləşib.
Ətraflı
Dünən axşam Fransanın Nitsa şəhərində 84 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən törədilən terror hücumunun videogörüntüləri yayılıb.
Ətraflı