Son vaxtlar Dağlıq Qarabağda baş verən qanlı toqquşmalar Rusiya politoloqlarının, tanınmış şəxslərinin diqqət mərkəzindədir. Onlar Ermənistanı münaqişə zonasında gərginliyi artırmaqda, danışıqlar masasına oturmamaqda günahlandırırlar.
Ətraflı
Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.
Ətraflı
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Ətraflı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub.
Ətraflı
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb Ətraflı
“Tupolev" şirkəti perspektivli uzaq məsafəli aviasiya kompleksinin (PAK DA) - Rusiyanın yeni strateji bombardmançısının birinci maketini hazırlayıb.
Ətraflı
Şair Mikayıl Muşfiqin abidəsi bir ay ərzində öz əvvəlki yerində bərpa ediləcək. Bununla bağlı Bakının Yasamal Rayon İcra Hakimiyyəti başçısının, Memarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirə zamanı razılıq əldə olunub Ətraflı
ABŞ-ın Karnegi fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall yazda Qarabağ münaqişəsi zonasında irimiqyaslı döyüş əməliyyatlarının başlaya biləcəyini deyib Ətraflı
Fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçimiz, kəşfiyyat bölüm komandiri Aqşin İsmayıl oğlu Abullayevin nəşi doğulduğu Şəki rayonunun Kiş kəndinə gətirilib. Vida mərasimindən sonra şəhidin nəşi Kiş kəndində torpağa tapşırılıb.
Ətraflı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 17 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.
Ətraflı
Cəbhə xəttindəki 25 fevral insidentindən sonra müharibə mövzusu yenidən gündəmə gəlib. Artıq baş verən erməni təxribatı ilə bağlı BMT baş katibi Antonio Quttereş, ATƏT-in Minsk Qrupu həmsədrləri, Türkiyə, İran, bir sıra digər ölkələr bəyanat verərək, narahatlıqlarını bildirib. Lakin təcrübə göstərir ki, belə bəyanatlarla “donuzu darıdan çıxarmaq” mümkün məsələ deyil.
Ətraflı
"Ermənilər cəbhədə vəziyyəti belə gərginləşdirməkdə davam etsələr, bu onlara çox baha başa gələcək. Ən əsası odur ki, ermənilər çoxlu itkilər verəcəklər. Bu itkilər həm canlı qüvvədə, həm də silah və texnikada olacaq. Hətta mənə belə gəlir ki, Azərbaycan ordusu yenə də işğal altındakı torpaqların bir hissəsini də azad edərək irəli gedəcək və müdafiə xəttini nisbətən bərabərləşdirəcək. Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, onların atdığı hər hansı atəş cavabsız qalmayacaq, cavab zərbəsi onlar üçün sarsıdıcı olacaq".
Ətraflı
Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Cəfərov Zakir Nazim oğlu bu gün dəfn edilib.
Ətraflı
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna yola salınıb.
Ətraflı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin qumbaraatanlardan da (cəmi 68 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub.
Ətraflı