Əfqan Sadıqov həbs edildi

Lənkəran polisi gücləndirilmiş iş rejiminə keçdi - Lənkəranskinin dəfninə görə

Lənkəran polisi gücləndirilmiş iş rejiminə keçib.

Qaynarifno.Az-a bu barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub.

Məlumatda bildirilir ki, buna səbəb tanınmış kirminal avtoritet Rövşən Lənkəranskinin Türkiyədə qətlə yetirilməsidir.

Rövşən Lənkəranskinin nəşi doğulduğu Lənkəran şəhərində dəfn ediləcək. 

Dəfn mərasimində tanınmış “vor zakon”ların iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, Rövşən Lənkəranski dünən axşam Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllənib. O İstanbul Şişli Etfal xəstəxanasına çatdırlsa da, həyatını xilas etmək mümkün olmayıb. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Lənkəran polisi gücləndirilmiş iş rejiminə keçdi - Lənkəranskinin dəfninə görə - Milliyol.az