Əfqan Sadıqov həbs edildi

Küveyt əmiri Prezident İlham Əliyevi təbrik edib


Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Dost Azərbaycanın Milli Bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.

Zati-alinizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Sizə olan yüksək ehtiramımı qəbul edin".

Bu dövrdə xəbər yoxdur.

Küveyt əmiri Prezident İlham Əliyevi təbrik edib - Milliyol.az