Kamal Kılıçdaroğlu əməliyyat olunub


Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu xəstəxanaya yerləşdirilib

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) liderinin sidik yollarında problem yaranıb.

CHP-dən verilən açıqlamada K. Kılıçdaroğlunun əməliyyat olduğu bildirilib.

Açıqlamada o da qeyd olunur ki, K. Kılıçdaroğlunun vəziyyəti hazırda yaxşıdır, qısa zaman ərzində xəstəxanadan çıxarılması gözlənir.
Kamal Kılıçdaroğlu əməliyyat olunub - Milliyol.az