Əfqan Sadıqov həbs edildi

İranın xarici işlər naziri Azərbaycana gəlir –Səfər proqramı açıqlandı


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Azərbaycana gələcək

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.C.Zərifin Azərbaycana səfərinin əsas məqsədi dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçiriləcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir.

 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İranın xarici işlər naziri Azərbaycana gəlir –Səfər proqramı açıqlandı - Milliyol.az