Əfqan Sadıqov həbs edildi

İran vətəndaşı daxili orqanında sərhəddən psixotrop maddə keçirərkən saxlanılıb


Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Bu barədə DGK-dan məlumat verilib

Məlumata görə, yoxlama nəticəsində həmin şəxsin daxili orqanı - düz bağırsağında gömrük nəzarətindən gizlədilən, 6 ədəd selofan bükümdə ümumi xalis çəkisi 57,20 qram olan "Metamfetamin" adlı psixotrop maddə aşkar olunub.

Qeyd edək ki, aşkar edilən psixotrop maddə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İran vətəndaşı daxili orqanında sərhəddən psixotrop maddə keçirərkən saxlanılıb - Milliyol.az