Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb
AzərTAc bildirir ki, İlham Əliyevin bu gün, həmçinin Parisdə “SUEZ” qrupu baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.
* * *
12.03.2017(19:35)
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasına rəsmi səfər edib.
Virtualaz.org-un məlumatına görə, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.
MilliYol.az































