Əfqan Sadıqov həbs edildi

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

MilliYol.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı, SSR xalq artisti, professor Tofiq Bakıxanovun bu gün 95 yaşı tamam olur.

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif etdi - Milliyol.az