Əfqan Sadıqov həbs edildi

İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi


Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib

Başsağlığında deyilir: "Hörmətli cənab Sədr, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Xatırladaq ki, dünən Kubada “Boeing 737” sərnişin təyyarəsi Boyeros şosesində yerə çırpılıb. Qəza nəticəsində 113 nəfər (104 sərnişin və 9 ekipaj üzvü) həlak olub.

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi - Milliyol.az