Əfqan Sadıqov həbs edildi

İlham Əliyev Əbdülfəttah əs-Sisini Misir prezidenti seçilməsi münasibəti ilə təbrik edib


Azərbaycan prezidenti İlham Əliyev Əbdülfəttah əs-Sisini Misir Ərəb Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm".(APA)

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyev Əbdülfəttah əs-Sisini Misir prezidenti seçilməsi münasibəti ilə təbrik edib - Milliyol.az