İlham Əliyev deputatla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Fəzail Ağamalının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

MilliYol.Az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Rəhim oğlu Ağamalı "Şöhrət" ordeni ilə təltif edilsin.

MilliYol.Az
İlham Əliyev deputatla bağlı sərəncam imzaladı - Milliyol.az