Əfqan Sadıqov həbs edildi

İlham Əliyev Brüsseldə “Şərq tərəfdaşlığı“ sammitində

Bu gün Brüsseldə V "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb.

MilliYol.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.
 
"2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

Qeyd edək ki, 2009-cu ildən yaradılmış "Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyev Brüsseldə “Şərq tərəfdaşlığı“ sammitində - Milliyol.az