Əfqan Sadıqov həbs edildi

“IdeAll - Psixologiya və İnkişaf Mərkəzi” yeni məkanda - Fotolar


Fevralın 18-də Nərimanov rayonu ərazisində yerləşən “IdeAll - Psixologiya və İnkişaf Mərkəzi”-nin yeni məkanının rəsmi açılış mərasimi olub

Açılışda mərkəzin rəhbəri, əməkdaşları, qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər. 

Öncə qırmızı lenti kəsən mərkəzin direktoru Günay Ağayeva açılışdan sonra qonaqlar və mətbuat nümayəndələrini mərkəzlə yaxından tanış edib. O, tanışlıq zamanı mərkəzin fəaliyyəti və yenilikləri haqqında ətraflı məlumatlar verib.

Mərkəzdə bütün psixoloji xidmətlərin fəaliyyət göstərdiyini vurğulayan mərkəzin direktoru Günay Ağayeva  qeyd edib ki, vətəndaşlara xidmətlə yanaşı, mərkəzdə tələbələr üçün bir sıra tədbirlər də həyata keçirilir. Belə ki, mərkəzdə tələbələr üçün təlim, kurs və seminarların keçirilməsi də nəzərdə tutulub. Bu seminarlar pratik və nəzəri istiqamətdə keçirilməklə,  tələbələrin maarriflənməsi və təcrübə toplamasında əhəmiyyətli ol oynayır. 

Açılış zamanı “IdeAll - Psixologiya və İnkişaf Mərkəzi”nin mətbuat katibi Teymur Bayramov da  çıxış edib. O, bildirib ki, mərkəzdə mətbuat xidmətinin fəaliyyət göstərməsi psixoloji mərkəzlər arasında bir yenilikdir.  Eyni zamanda bu addım mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən  xidmətin yüksək səviyyədə olmasına zəmin yaradır. 

Daha sonra isə qonaqlar və mərkəzin əməkdaşları ürək sözlərini bölüşüblər.



Bu dövrdə xəbər yoxdur.