İçərisində konqresmenlər olan qatar qəzaya düşdü


ABŞ-da Konqres üzvləri olan qatar qəzaya düşüb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Virciniya ştatının ərazisində, Şarlotsvill şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, “Amtrak” şirkətinə məxsus qatar yük maşını ilə toqquşub. Qəza zamanı  Konqres üzvləri arasında xəsarət alan olmayıb.  Yüngül xəsarət alan yük maşınının sürücüsünə tibbi yardım göstərilib.